Tovuzda hamilə qadın döyülüb. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Köhnə Qala kənd sakini 1989-cu il təvəllüdlü Allahverdiyeva Sevinc Hidayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, altı aylıq hamilə qadın qardaşının qaynı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.