[b]Hacıqabulda maşın 54 yaşlı kişini vurdu[/b]
09 aprel 2017 23:02 (UTC +04:00)

[b]Hacıqabulda maşın 54 yaşlı kişini vurdu[/b]

0

Hacıqabulda avtomobil 54 yaşlı piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 22.00 radələrində Hacıqabul rayon mərkəzində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Quba rayonunun Xınalıq kənd sakini, 1963-cü il təvəllüdlü Qəribov Süleyman Oruc oğlu yolu keçərkən avtomobil tərəfindən vurulub.

 

Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

 

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar