[b]Göygöldə top mərmisi tapıldı[/b]
26 iyul 2018 01:03 (UTC +04:00)

[b]Göygöldə top mərmisi tapıldı[/b]

Göygöldə top mərmisi aşkarlanıb.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, iyulun 25-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Göygöl rayonu, Quşçu kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Top mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28