<b>Göyçayda “Surxay qalası” və meşə sahəsi yanır</b>
23 iyul 2018 21:38 (UTC +04:00)

Göyçayda “Surxay qalası” və meşə sahəsi yanır

Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

 

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar