[b]Goranboyda usta ehtiyatsızlıqdan yandı[/b]
08 may 2019 15:35 (UTC +04:00)

[b]Goranboyda usta ehtiyatsızlıqdan yandı[/b]

0
Goranboyda usta ehtiyatsızlıqdan yanıb.
 
ONA-nın Gəncə bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
 
Kənd sakini 60 yaşlı Kamal Məmmədov qaynaq işləri görərkən ehtiyatsızlıqdan soyutmalı olduğu dəmiri su əvəzinə bezin dolu qoyub. Nəticədə partlayış olub və usta ağır dərəcəli yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan daha sonra Bakıya göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1507

Oxşar yazılar