<b>Ekoloji Nəzarət postunda avtomobil 3 piyadanı vurub, biri ölüb</b> - <span style="color:red;"><b>YENİLƏNİB</b>
09 may 2019 03:19 (UTC +04:00)

Ekoloji Nəzarət postunda avtomobil 3 piyadanı vurub, biri ölüb - YENİLƏNİB

0

Bakının Binəqədi rayonu, DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında baş vermiş yol qəzasında xəsarət alan piyadalardan biri dünyasını dəyişib.

 

ONA-nın xəbərinə görə, bu, YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılan 27 yaşlı Çobanov Rüfət Mehman oğludur. Xəsarətləri ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyib.

 

Yol qəzasında xəsarət alan digər yaralılardan Rüfətin qardaşı Rufan Çobanova ilkin tibbi yardım göstərilib və o, sonrakı müəlicə üçün evə buraxılıb. Onların əmisi oğlu - 1991-ci il təvəllüdlü Eldarov Əfqan Elxan oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilib. O, müalicəsini xəstəxanada alacaq.

 

***

 

Saat 00:48

 

Bakının Binəqədi rayonu ərazisində avtomobil 3 piyadanı vurub.

 

ONA-nın xəbərinə görə, hadisə DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında qeydə alınıb.

 

Belə ki, Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə 3 piyadanı vurub. Onlardan ikisinin xəsarəti yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım alıb. Vəziyyəti ağır olan digər yaralı isə YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılıb.

 

Hazırda yol qəzasının təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2341

Oxşar yazılar