![[b]Cəlilabadda yol polisi məktəblinin həyatını xilas etdi[/b]](https://lent.az/storage/news/2019/may/24/big/f9fdb2fae7a90f5e1be0c988228d0163.jpg)
[b]Cəlilabadda yol polisi məktəblinin həyatını xilas etdi[/b]
Cəlilabadda yol polisi məktəblinin həyatını xilas edib.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Rauf Məmmədov ərazidə xidmət apararkən yol kənarında azyaşlının yerə yıxıldığını görüb. Hadisə yerinə yaxınlaşdıqda isə məlum olub ki, 16 yaşlı Şamxal Həşim oğlu Bağırov qıcolma nəticəsində özündən gedib. Huşsuz vəziyyətdə olan məktəblini yol polisi dərhal xidməti avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin vaxtında müdaxiləsindən sonra Ş.Bağırovun vəziyyəti sabitləşib.
Oxşar yazılar

Ucarda qəza-Xəsarət alanlar var -FOTO
6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54