[b]Cəlilabadda avtomobilin vurduğu uşaq dünyasını dəyişib[/b]
12 may 2019 22:14 (UTC +04:00)

[b]Cəlilabadda avtomobilin vurduğu uşaq dünyasını dəyişib[/b]

Cəlilabadda yol qəzası 5 yaşlı uşağın ölümünə səbəb olub.

 

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alar kəndində baş verib.

 

Şəxsiyyəti hələ ki dəqiqləşdirilməyən sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Ənvər Elvin oğlu Əmirovu vurub. Ağır dərəcəli bədən xəsarətləri alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579
avatar

Oxşar yazılar