Müğənni Dilarə Kazımovanın maşınına hücum edilib. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, “Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb. Gecə saatlarında naməlum şəxs D.Kazımovanın 90 OH 527 nömrəli maşınının şüşəsini sındıraraq “bardaçok”dan 2 min manat oğurlayıb.
D.Kazımova hadisə ilə bağlı bu gün səhər saatlarında polisə məlumat verib. Hazırda araşdırma aparılır.