<b>Bakıda hündürmərtəbəli binada yanğın olub</b>
29 may 2019 01:38 (UTC +04:00)

Bakıda hündürmərtəbəli binada yanğın olub

0

Bakının Yasamal rayonunda yanğın baş verib.

 

ONA-nın xəbərinə görə, hadisə Qurban Xəlilov küçəsi 18 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb.

 

Bildirilir ki, yanğın Rauf Hüseynova məxsus 4 otaqlı mənzilin mətbəxində yaranıb. Həmin vaxt evdə heç kim olmayıb. Ev sahibləri kondisioneri və paltaryuyanı işlək vəziyyətdə qoyaraq getdiyindən cihazlarda qısaqapanma baş verib.

 

Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və təcili tibbi yardım briqadası cəlb olunub. 12-ci mərtəbədə qeydə alınmış yanğın qaldırıcı qurğuların köməkliyi ilə söndürülüb.

 

Yanğın zamanı xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar