[b]Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atdı[/b]
28 iyul 2018 05:33 (UTC +04:00)

[b]Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atdı[/b]

Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

 

1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar