Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 204.1 və 52.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naibov Taley Cəfər oğlunun yanına qısamüddətli görüşə gəlmiş bacısı qızı, Bakı şəhəri sakini Süleymanova Nuray Kamandar qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasında gizlətdiyi 1 ədəd "SAMSUNG" markalı mobil telefon, daxilində 1 ədəd “nar” və 1 ədəd “bakcell” nömrəsi aşkar edilərək götürülüb.
Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.