[b]Avropadakı müsavatçılar:[/b] "Qurultay şəffaf keçib"
22 noyabr 2014 11:07 (UTC +04:00)

[b]Avropadakı müsavatçılar:[/b] "Qurultay şəffaf keçib"

Müsavat Partiyasının Almaniya, Hollandiya, İngiltərə və Belçikada yaşayan 28 üzvü partiya üzvlərinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə Müsavat Partiyasının son qurultayının demokratik və şəffaf keçirildiyi vurğulanıb:

 

“Qurultayın qərarları ilə razılaşmayan, səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvlərinin qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa, telekanallarda, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürmələri çox təəssüf doğurur”.

 

Müraciətə imza atan mühacir müsavatçılar qurultayın nəticələrindən narazı qalan partiya üzvlərini qurultayın qərarlarına sayğı ilə yanaşmağa, partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan fəaliyyətə son qoymağa çağırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar