[b]Ata avtomobillə azyaşlı qızını vuraraq öldürdü[/b]
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
945