Astarada ölümlə nəticələnən yol qəzası baş verib
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astaranın Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı sürücü tərəfindən Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.