<b>Akif Çovdarov Ali Məhkəməyə üz tutdu</b>
30 iyul 2018 10:54 (UTC +04:00)

Akif Çovdarov Ali Məhkəməyə üz tutdu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov barələrində olan məhkəmə qərarından kasasiya şikayəti veriblər.

Lent.az-ın məlumatına görə,, Akif Çovdarov və digər vəzifəli şəxslərin kasasiya şikayəti Ali Məhkəməyə daxil olub. Şikayət araşdırılması üçün hakim İnqilab Nəsirovun icraatına verilib.

Yaxın günlərdə şikayətə baxılması barədə tarix məlum olacaq.

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

 

Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub. Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

 

Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.

 

Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib

 

Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

 

Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib.

 

Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.

 

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27