<b>"Ər-Riyad" ticarət mərkəzindəki yanğında 2 nəfərxəsarət alıb</b> - YENİLƏNİB
15 iyul 2018 17:23 (UTC +04:00)

"Ər-Riyad" ticarət mərkəzindəki yanğında 2 nəfərxəsarət alıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi bu gün "Ər Riyad" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

 

 

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

 

xxxxx

 

14:42

 

Bakı-Sumqayıt yolunun kənarında - Xırdalan şəhərində yerləşən "Ər-Riyad" ticarət mərkəzində güclü yanğın olub. Lent.az xəbər verir ki, mebellərin satışının həyata keçirildiyi mərkəzdəki bir neçə mağaza yanıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

 

Yanğınla bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar