Azərbaycanda kütləvi bıçaqlanma hadisələrində iştirak etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakinləri Elvin Bəhramova, İsrafil Əliyevə, İntiqam Mikayılova və Elvin Heybətova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Təhmiraz Vəliyev tutulub.
Bundan başqa Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də K.Məsimova, A.Cəbrayılova və N.Abdullayevə bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən digər şəxs - paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Həsənov da tutulub.