![[b]4 yaşlı uşaq itkin düşdü[/b]](https://lent.az/storage/news/2019/may/06/big/a2315b2f7dc616445cea3382343a819d.jpg)
[b]4 yaşlı uşaq itkin düşdü[/b]
0
0
Bakıda azyaşlı qız uşağı itib.
Lent.az Trend-ə istinadla bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 116 b ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Əliyeva Ülkər Məmmədağa qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan 2015-ci il təvəllüdlü qızı Orucova Əfruz Elçin qızı mayın 5-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polis araşdırmalara başlayıb.
0
0