Bu gecə Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, prospektlə "Azneft dairəsi" istiqamətində yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun əks hərəkət istiqamətinə çıxaraq əvvəlcə Dənizkənarı Milli Parkın yaxınlığında ağaca çırpılıb, daha sonra isə "Azneft dairəsi"ndə bir neçə dəfə aşıb. Aşmış maşını düzəldən hadisə şahidləri yaralı sürücü, 21 yaşlı Hüseyn İmanovu avtomobildən çıxarıblar. Sürücü təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Ərazidə yanğın təhlükəsi yarandığından hadisə yerinə FHN-in Döblət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası da cəlb edilib.