Bakıda qadına qarşı 290 min manatlıq dələduzluq
Bakıda qadına qarşı 290 min manatlıq dələduzluq edilib.
Lent.az-ın Reporta-a istinadən xəbərinə görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Sevda Aydın qızı Əliyeva hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin iyun ayında Maşallah adlı şəxs onu aldadaraq 290 min manat pulunu alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
168