"KamAZ" oğrusu tutulub
02 iyul 2014 04:03 (UTC +04:00)

"KamAZ" oğrusu tutulub

0

Nərimanov polisi rayon ərazisində yük maşını oğrusunu saxlayıb.

 

APA TV-nin məlumatına görə,  Eşqin Həsənov  Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək "KamAZ" markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində yük maşınını qaçıran Oğuz rayon sakini Eldəniz Məmmədov saxlanılıb.

 

İstintaq zamanı məlum olub ki, bu, onun ilk oğurluq əməli deyil. Bundan əvvəl də o, Ziya Bünyadov prospektində Elnur Mürsəlova məxsus bir başqa "KamAZ"ı qaçıraraq, Şəki sakini Əliyev Eminə 5 min 500 manata satıb. Əliyev Emin də yük maşınının sənədləri olmadığı üçün onu hissələrə bölüb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1316

Oxşar yazılar