“SHACMAN”la toqquşan “VAZ”-ın sürücüsü xəstəxalanıq oldu
24 sentyabr 2016 23:44 (UTC +04:00)

“SHACMAN”la toqquşan “VAZ”-ın sürücüsü xəstəxalanıq oldu

0

Göyçay rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Göyçayın Hacalıkənd kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elçin Əfqan oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn “SHACMAN” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Elçin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar