Bu gün Bakının mərkəzində Cavanşir körpüsünün yanındakı ikimərtəbəli bina qəfildən uçub.
Hadisə şahidlərinin haqqın.az saytına verdikləri məlumata görə, Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.
Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfldən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər.
Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov da faktı təsdiqləyib.
Qeyd edək ki, obyektin “Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevə məxsus olduğu bildirilir. Başqa bir məlumata görə, “Quska”nın Bakıda 500-dən çox obyekti var.