“Mitsubishi” ağaca çırpıldı, sürücü öldü
19 oktyabr 2014 02:41 (UTC +04:00)

“Mitsubishi” ağaca çırpıldı, sürücü öldü

0

Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “Mitsubishi” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:40-da başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar