Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirirlir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.