“Formula-1” yarışlarının Azərbaycanda keçiriləcəyi dəqiqləşib
25 iyul 2014 11:03 (UTC +04:00)

“Formula-1” yarışlarının Azərbaycanda keçiriləcəyi dəqiqləşib

0

“Formula-1” yarışlarının “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib.


 

APA-nın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, bu barədə “Formula-1” yarışlarının rəhbəri Bernard Ekklstoun bildirib.

 

B. Ekklistoun deyib ki, “Qran-pri” mərhələlərindən biri Azərbaycanda 2015-ci ildə keçirilsəydi, yarışların sayı həmin mövsümündə 20-dən çox olacaqdı: “Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik”.

 

Qeyd edək ki, bundan əvvəl yarışmanın 2015-ci ildə keçirilməsi planlaşdırılırdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar