“Azərbaycan Dəmir Yolları” qəzayla bağlı açıqlama yaydı - YENİLƏNİB
05 noyabr 2013 12:53 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” qəzayla bağlı açıqlama yaydı - YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” QSC Bakıda yük qatarı ilə marşrut avtobusunun toqquşması barədə açıqlama yayıb.


 

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün saat 06.10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Əhmədli-Bakı yük mənzilində (Nobel prospektində) yerləşən qorunmayan dəmir yolu keçidində yük qatarı keçidi keçməyə cəhd göstərən “Daewoo” markalı 10 TG 381 dövlət nömrə nişanlı 30 saylı marşrut avtobusu ilə toqquşub.

 

Hadisə nəticəsində teplovozun qabaq hissəsi zədələnib, avtobusdakı sərnişinlərdən 5-i xəsarət aldığına görə xəstəxanaya aparılıb. Qatarların hərəkətində fasilələrə yol verilməyib, teplovozla hərəkət tərkibi geriyə çəkiləndən sonra keçiddə hərəkət bərpa olunub. Hadisə yerinə Nəqliyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Müəyyən olunub ki, keçidin texniki vəziyyəti “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın tələblərinə uyğundur. Hadisənin baş verməsinə səbəb sürücünün “Yol hərəkəti haqqında” qanununun 44-cü maddəsinin tələblərinə riayət etməməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21