Bacanağını öldürən şəxs apellyasiya şikayəti verdi
Bacanağını öldürməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun icraatına verilib.
Məhkəmənin baxışı iyunun 7-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan ailə münaqişəsi zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilənM. Abbasov orada ölüb.
Məlum olub ki, təqsirləndirilən şəxs bacanağını namus üstündə öldürüb.
Ş.Qasımova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qasımov 9 il müddətə azadlıqdan məhrum edilib.
450