
Ermənilər ötən gün atəşkəsi 20 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxşar yazılar

Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00