Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1928-ci il təvəllüdlü Qəmər Bayramova sirkə turşusundan ağır zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Tibbi yardım göstərilsə də, 86 yaşlı qadını xilas etmək mümkün olmayıb. Q. Bayramovanın intihar etdiyi bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.