Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1931-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə mlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və mənzilin qapısı xüsusi alət və avadanlıqlar vasitəsilə açılıb. Mənzilə baxış keçirilərkən Lapuri Oliqa Konstantinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində O. Lapurinin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 12:39-da başa çatıb.