Avtobusla qəza törədib qaçan sürücü tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Asəf Şirinovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı 82 saylı xətt avtobusunun sürücüsü, Qax rayon sakini Sərxan Eyvazlı olması müəyyən edilib. S.Eyvazlı tutularaq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar aparılır.