Vətəndaşların 78 min manat pulunu mənimsəyən qadın barəsində cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 1-dən 15-dək olan müddətdə Cəlilabad şəhər sakini Məlahət Kərimova rayon sakinləri A. Quliyevin, Q. Quliyevin, Ə. Bayramovun, R. Quliyevin və Q. Quliyevanın etimadlarını qazanıb, müvafiq olaraq onlardan 3000, 10000, 25000, 12000 və 28000 manat pul alıb.
Faktla əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb.