50 yaşlı Şəki sakini itkin düşüb
18 oktyabr 2014 19:24 (UTC +04:00)

50 yaşlı Şəki sakini itkin düşüb

0

0 yaşlı Şəki şəhər sakini itkin düşüb.

 

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər sakini, 1964-cü il təvəllüdlü Rəhim Kamil oğlu Hacıbalayevin atası Kamil Hacıbalayev polisə müraciət edərək bildirib ki, oğlu bu ilin sentyabrın 19-da işləmək adı ilə evdən gedib və həmin vaxtdan onun harada olduğu məlum deyil.

 

Artıq Şəki ŞRPŞ-nin əməkdaşları R. Hacıbalayevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində axtarış-əməliyyat tədbirlərinə başlayıblar.

 

Şəki ŞRPŞ-dən APA-ya bildiriblər ki, R. Hacıbalayevin 50 yaşı olmasına baxmayaraq, o hələ subaydır, qismən əqli çatışmazlığı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar