45 yaşlı qadın növbəti dəfə sirkə turşusu içdi
06 mart 2016 11:45 (UTC +04:00)

45 yaşlı qadın növbəti dəfə sirkə turşusu içdi

Gəncədə zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1971-ci il təvəllüdlü Nahidə Məmmədova sirkə turşusundan zəhərlənmə ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

 

Məlumata görə N. Məmmədova bir neçə gün əvvəl də sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar