Hacıqabulda bıçaqlanma olub.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Talış kənd sakini, 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlu bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Onun əməliyyata götürüldüyü bildirilir. Z.Yusifovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.