Azərbaycanda vətəndaş ona məxsus mobil nömrənin ondan xəbərsiz satışa çıxarılmasına etiraz edib. Adını açıqlamaq istəməyən nömrə sahibi Lent.az-ın elektron adresinə göndərdiyi məktubda son günlər bəzi mətbuat orqanlarında “Azərbaycanda ev qiymətinə mobil nömrə” satılır başlıqlı xəbərlərin əsassız olduğunu iddia edib: “İnsanların nəzərinə çatdırmaq istəyirəm ki, satışa qoyulan (055) 700-00-00 nömrəsi mənə məxsusdu və mən nömrəni satmıram. Heç nömrənin də qiyməti 40 min manat deyil. Çox xahiş edirəm, mətbuatda bu əsassız söhbətlərə son qoyulsun”.
(055) 700-00-00 nömrəsi ilə əlaqə saxlasaq da, “Bu nömrə işləmir” cavabını eşitdik.
Son günlər mətbuatda Azərbaycanda bahalı mobil nömrələrlə bağlı aparılan araşdırma yazıda (055) 700-00-00 nömrəsinin qiymətinin 40 min manat olduğu yazılmışdı.