3 otaqlı ev yandı
15 noyabr 2014 12:47 (UTC +04:00)

3 otaqlı ev yandı

İsmayıllı rayonu, Şahverdili kəndində yanğın olub. Lent.az-n Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın Şahverdili kənd sakininə məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 2 otağını bürüyüb. Evin yanar konstruksiyaları 63 kv.m sahədə tamamilə yanıb

 

Hadisə yerinə gələn FHN-nin yanğınsöndürənləri evin qalan hissəsini və ev əşyalarını mühafizə edib.

 

 Yanğın saat 10:50-də söndürülüb. Hadisənin səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar