24 yaşlı anadan intihara cəhd
23 sentyabr 2013 20:06 (UTC +04:00)

24 yaşlı anadan intihara cəhd

Gəncədə azyaşlı uşaqlarına əsəbiləşən ana intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Leyla Salmanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Leyla Salmanova azyaşlı uşaqlarının hərəkətlərinə əsəbiləşərək 10 ədəd naməlum dərman həbi qəbul edib. Hazırda 24 yaşlı ananın səhhətinin normal olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1559
avatar

Oxşar yazılar