16 yaşlı yeniyetmə dayısını qətlə yetirdi
02 may 2015 00:56 (UTC +04:00)

16 yaşlı yeniyetmə dayısını qətlə yetirdi

0

Sabirabadda 16 yaşlı yeniyetmə  dayısını bıçaqla qətlə yetirib.

 

Sabirabad polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.

 

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu  dayısı- həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır. Hadisəni törədən şəxsin tutulması istiqamətində  əməliyyat- axtarış  tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar