15 yaşlı qızı vurub qaçan avtobus sürücüsü yaxalandı
24 oktyabr 2014 11:05 (UTC +04:00)

15 yaşlı qızı vurub qaçan avtobus sürücüsü yaxalandı

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 13-ü saat 21 radələrində S.Ə.Şirvani küçəsində naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub və o, xəstəxanaya yerləşdirilib. Xətai RPİ 34-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi «Daewoo» markalı avtobusla birlikdə tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar