12 yaşlı oğlan oynamaq üçün boynuna ip doladı, öldü
28 iyun 2014 15:08 (UTC +04:00)

12 yaşlı oğlan oynamaq üçün boynuna ip doladı, öldü

0

 

Ötən gün Qobustan rayonunda toya hazırlaşan ailə yasa qərq olub. Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, Qobustan rayon polis şöbəsindən bildirilib ki, saat 09:30-da rayonun Yekəxana kəndində yaşayan Bədəlovlar ailəsində böyük bədbəxtçilik yaşanıb. 

Belə ki, ailə üzvləri iyun ayının 27-də yaxın qohumlarının toyuna hazırlaşırmış. Bu zaman ailənin 12 yaşlı övladı Şəfa Bədəlov həyətdə oynayırmış. Uşaq oynadığı ipi boynuna dolayıb. Lakin sonradan ipi aça bilməyib. Uşağın çığırtısına atası Vidadi həyətə çıxıb. Uşağın halının pis olduğunu görən valideynlər ipi uşağın boynundan açmağa çalışıblar. Lakin ip açılmayıb.

Sonradan ipi bıçaqla kəsiblər. Uşağın halı pisləşdiyindən həkim çağırılıb. Həkimlər gələnə qədər uşaq dünyasını dəyişib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1431

Oxşar yazılar