Azərbaycanda meşədə 37 min çətənə kolu aşkar edilib
26 iyul 2018 16:13 (UTC +04:00)

Azərbaycanda meşədə 37 min çətənə kolu aşkar edilib

Şəki və Qaxda 10 tondan artıq narkotik tərkibli çətənə kolu aşkar edilərək məhv edilib

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 25-də polis əməkdaşları tərəfindən tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası və yabanı halda yayılması hallarının qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində çəkisi 10 tondan artıq narkotik tərkibli çətənə kolu aşkar edilərək məhv edilib.

Belə ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Çapağan kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 9 tondan artıq 37 min 32 ədəd, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Qıpçaq Kötüklü kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın 2188 ədəd çətənə kolu yığılaraq məhv edilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar