Xaçmazda gənc oğlan süni göldə boğuldu  - YENİLƏNİB
12 fevral 2024 20:48 (UTC +04:00)

Xaçmazda gənc oğlan süni göldə boğuldu - YENİLƏNİB

Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyiti aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 19:23

Xaçmazda 23 yaşlı oğlan süni göldə boğulub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdi oba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb.

F.Əliyevin cəsədi sudan çıxarılaraq Xaçmaz morquna gətirilib.

Hazırda fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4893
avatar

Oxşar yazılar