Almaniyada polis diskotekada reyd keçirərkən maraqlı hadisə baş verib
Lent.az-ın xəbərinə görə, Fresoyt şəhərində polis diskotekada yoxlama aparma istəyib.
Qanun keşikçiləri məkanda adam çox olduğu üçün bütün ehtiyat qapı və pəncərələri açmağı tələb ediblər. Bu zaman peyvənd olunmayan müştərilər fürsətdən istifadə edərək pəncərədən qaçıblar. Çaxnaşma yaranmasın deyə polis qaçanlara müdaxilə etməyib.