Ukraynada gedən döyüşlərdə azərbaycanlı həlak olub.
Lent.az sosial şəbəkələrə istinadla xəbər verir verir ki, Rusiya ordusunda xidmətə çağırılmış Rəşad Heydər oğlu Şükürov Donetsk bölgəsində həlak olub. 1979-cu ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulan Rəşad Şükürov Rusiya vətəndaşlığını qəbul edibmiş.
Qohumlarının verdiyi məlumata görə, mərhumun nəşi Azərbaycana gətiriləcək və Yevlax rayonunda dəfn ediləcək.