Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB
30 mart 2025 18:45 (UTC +04:00)

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

Ucarda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobillərinin kənd yolunda toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Gərayeva Ülviyyə Elman qızı, 2016-cı il təvəllüdlü Gərayeva Zəhra Cəmil qızı və sürücü - 1991-ci il təvəllüdlü Gərayev Cəmil Ədalət oğlu xəsarət alıb.

***

saat 18.22

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobilləri kənd yolunda toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343

Oxşar yazılar