Türkiyədə ZƏLZƏLƏ:   29 yaralı, bir ölü var
11 avqust 2025 01:11 (UTC +04:00)

Türkiyədə ZƏLZƏLƏ: 29 yaralı, bir ölü var

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. 

***
22:37


***
22:38

Türkiyənin Balıkesir vilayətinin rayonunda 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə üç əlavə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar nəticəsində 10-dan çox bina çöküb.


***
21:16


***
21:18

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.

Lent.az AFAD-a istinadən xəbər verir ki, təkanlar İstanbul da daxil olmaqla, Marmara bölgəsinin bir çox yerində hiss olunub.

Hadisə nəticəsində bir bina çöküb. 

Məlumataa görə, zəlzələ yerli vaxtla saat 19:53-də qeydə alınıb və yerin 11 kilometr dərinliyində baş verib.

Hazırda dağıntılar altında qalanların olub-olmadığı məlum deyil.




 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1402

Oxşar yazılar