Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
AZAL-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib.
Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Təyyarə yerli vaxtla saat 05:07-də Bakıdan İstanbula yola düşüb.